Oyun sözsüz ki, çətin olacaq. “Tottemhem”in adı belə hər şeyi deyir. Burada bizim xeyirimizə olan iki məqam var.
Bu sözləri BUTA.TV-a açıqlamasında idman eksperti Amal Abuşov bu gün keçiriləcək “Tottemhem”-“Qarabağ” matçı ilə bağlı danışarkən deyib.
“Birincisi, “Qarabağ”ın Avrokubok təcrübəsi və psixoloji təzyiqdən azad olmasıdır. Heç kim “Qarabağ”dan artıq nəsə gözləmir. Bu bir futbol bayramıdır. “Qarabağ” bu bayramın iştirakçısıdır və heç bir psixoloji təzyiq olmadan meydana çıxacaq. İkinci məqam isə “Tottemhem”lə bağlıdır. İki gündür mətbuatda xəbərlər çıxır ki, onların yerli liqada işləri heç də qaydasında getmir. “Qarabağ” ilə oyuna da gənc, təcrübəsiz yetirmələrlə çıxacaq”, - Abuşov bildirib.
Ekspert qeyd edib ki, dünən rəqibin baş məşqçisi ratasiyaya yol verməyəcəyini bildirib:
“Gedişhaqqını 1 manat etmək olar” - Azərbaycanda nəqliyyat xərci niyə yüksəkdir?
“Amma döyüşkən heyətlər meydana çıxmayacaq ki, bu da “Qarabağ”ın xeyirinə olacaq amildir. Biz hər zaman olduğu kimi, “Qarabağ”dan yaxşı oyun gözləyirik. Londondan qələbə ilə qayıdacağımızı düşünərək komandamızı əlavə təyziq ilə üzbəüz qoymuş olarıq. Hələ qarşıda digər oyunlar da olacaq. “Tottemhem” ilə oyunun nəticəsindən daha çox, “Qarabağ”ın Londonda özünü necə göstərəcəyi hamıya maraqlı olmalıdır”.
Qeyd edək ki, “Tottenhem” (İngiltərə) – “Qarabağ” (Azərbaycan) oyunu bu gün Bakı vaxtı ilə 23:00-da başlayacaq.
- Bu, qardaş özbək xalqından çox böyük hədiyyədir - Prezident
- Liderlər akvariumdakı balıqları seyr etdi - Video
- 1276-cı gün: Rusiyanın itkiləri yeniləndi
- Bu yol Zəngəzur dəhlizinin açarı olacaq - Uraloğlu
- Zəngəzurla bağlı mühüm layihəsinin təməli atıldı
- Azərbaycan və Rusiya rəsmiləri bu şəhərdə görüşəcək
- Putin Mehriban Əliyevanı təbrik etdi
- “Gedişhaqqını 1 manat etmək olar” - Azərbaycanda nəqliyyat xərci niyə yüksəkdir?