Ötən il keçirilən antiterror əməliyyatlarından sonra azad edilən Xankəndidə çox sayda minalar aşkarlanmışdı. Onların içində ən çoxu tələ-minalardır.
BUTA.TV xəbər verir ki, ANAMA-ın əməliyyat idarəsi, təlim və metodoloji təminat şöbəsininin baş mütəxəssisi Musa Məmmədov Trend-ə açıqlamasında Xankəndi şəhərində tapılan minaların bəzi nümunələrinin Bakıda keçirilən ADEX Beynəlxalq müdafiə sərgisində nümayiş olunduğunu bildirib.
Qeyd edək ki, 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə ADEX sərgisi keçirilir. Paralel olaraq, 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları "Securex Caspian" sərgisi də təşkil edilib. İlk ADEX sərgisi 2014-cü ildə təşkil edilib. İki ildən bir keçirilən sərgi bu il 5 illik yubileyini qeyd etsə də, artıq 10 ildir ki, fəaliyyət göstərir və ildən-ilə iştirakçı siyahısını və əhatə etdiyi sektorları genişləndirir.
Sərgi 10 illik uğurlu fəaliyyəti ərzində dünyanın 50-dən artıq ölkəsini təmsil edən çoxsaylı şirkəti və 200-ə yaxın rəsmi nümayəndə heyətini bir araya gətirib. Bu illər ərzində sərgini 30000-dən çox qonaq ziyarət edib.
- O serialı qadağan etmək lazımdır – Kinoşünas
- Kriptovalyuta bazarına kapital axınları azaldı
- Paradda liderlərin əyləşdiyi yer belə hazırlanıb - Video
- Bu şəxslər hərbi xidmətdən azaddır!
- Azad edilmiş ərazilərdə 7 milyonluq layihə...
- Deputatın qızı şikayətləndi: Atamla bağlı müraciətim...
- Azərbaycan bu ölkə ilə diplomatik münasibətlər qurur
- Prezidentin yeni vəzifə verdiyi Orxan Mürsəlov kimdir?