Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Banklarda korporativ idarəetmə Standartları”nda dəyişiklik edib.
BUTA.TV xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra özəl banklarla yanaşı nəzarət zərfi dövlətə məxsus olan banklarda da Müşahidə Şurasının üzvlərinin azı üçdə biri müstəqil üzv olmalıdır. Məsələn, Şuranın üzvlərinin sayı 5 olduqda müstəqil üzvlərin sayı 2, Şuranın üzvlərinin sayı 7 olduqda isə müstəqil üzvlərin sayı 3 olmalıdır.
Həmçinin müstəqil üzv vəzifəsinə irəli sürülən şəxs həmin tarixdə bankın işçisi olmamalıdır. Əvvəllər bankda işləmiş şəxslər yalnız müəyyən fasilədən (“cooling off”) sonra müstəqil üzv təyin oluna bilərlər. Fasilə müddəti şəxsin bankda işlədiyi müddətin azı 3-də 2-sini (azı 3 il) təşkil etməlidir.
Bundan başqa, Şuranın müstəqil üzvü olmaq üçün son 3 ildə bankdan müəyyən edilmiş əmək haqqı və mükafatdan, habelə dividend ödənişindən (2%-dək malik olduğu imtiyazlı səhmlər üzrə) başqa gəlir əldə etməmək tələbi də ləğv edilib.
AMB-nin Hüquq Departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.
- Belçika darmadağınla 1/4 finalda - Yenilənib - Video
- Məğlubiyyətdən sonra mətbuat konfransında istefa verdi - Video
- Heyvan idxalı ilə bağlı yeni qayda: Ət bahalaşacaq? - Video
- Ronaldo dünya çempionu ola bilmədi - Yenilənib - Video
- Autizmli uşağa liftdə zorakılıq edən şəxs - Saxlanıldı
- 50 yaşlı kişi 14 yaşlı qonşusunu otlağa görə armaturla döydü - Yenilənib
- Qətər təyyarəsi məcburi Bakıya eniş etdi
- Məhərrəm ayı nə vaxt başa çatır?