Artıq minimum əmək haqqı və minimum pensiyanın son artımı vaxtından 2 ilə yaxın bir müddət keçir. Həmin müddətdə qiymətlər xeyli dərəcədə, xüsusən də əhalinin daha çox işlətdiyi mal və məhsulların qiymətləri daha yüksək templərlə artıb. Ona görə də bu dəfə əmək haqqı, pensiya, müavinət və digər ödənişlərin artırılmasının əvvəlkindən daha böyük rəqəmlərə ifadə olunmasını vacib hesab edirik.
BUTA.TV xəbər verir ki, bu sözləri Teleqraf.com-a müsahibəsində Milli Məclisin deputatı, iqtisadçı-alim Əli Məsimli deyib.
"Onu da xüsusi qeyd etmək lazımdır ki, əmək haqqı və pensiyaları artırılacağı barədə rəsmi məlumatlar verilən kimi monopolistlər və onların əlaltıları qiymətləri qaldırmağa başlayır. Bu ilin səkkiz ayının göstəricilərinə görə, inflyasiya 3,5 faiz olub və ilin sonuna qədər bir qədər də artacaq. Amma bu rəqəm 500-dən artıq mal və məhsul əsasında hesablanan inflyasiya göstəricisidir. Aydın məsələdir ki, aztəminatlı təbəqə, 300-500 manat məvacibi olanlar həmin 500 növ mal və məhsulun əksəriyyətini ala bilməz və bu göstərici onlara aid deyil. Otən illə müqayisədə rəsmi inflyasiya göstəriciləri aşağı düşsə də, əhalinin daha çox işlətdiyi mal və məhsulların qiymətlərində artımın davam edir. Aztəminatlı təbəqə əsas tələbat malları alır ki, onların qiyməti durmadan artır. Əgər əhalinin daha çox işlətdiyi mal və məhsulların qiymətlərinin artmasınının, xüsusən də süni qiymət artımının (təbii qiymət artımı qanunauyğun amillərlə bağlı olur və qarşısıalınmazdı) qarşısını almaqdan ötrü təsirli tədbirlər görülməsə, əmək haqqı və pensiyanın nə qədər artacağı elə bir önəm daşımayacaq. Ona görə də bu yöndə aidiyyatı orqanları Rəqabət Məcəlləsinin gücündən istifadə etməyə çağırırıq", - deputat bildirib.
- Kopırkindən sülhlə bağlı mühüm açıqlama: Moskva istəyir ki...
- Azərbaycana “petrostate” deyənlər, 2026-dən yeni ixrac olacaq
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış