Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yeni tamaşanın məşqlərinə başlanılıb.
Teatrın mətbuat xidmətindən Kult.az-a verilən məlumata görə, yaradıcılıq işlərinə başlanılan yeni səhnə əsəri xalq yazıçısı Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı əsasında hazırlanan eyniadlı tamaşadır.
Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, rəssamı Gennadi Skaramoxov, bəstəkarı xalq artisti Siyavuş Kərimi, səhnə hərəkəti və plastika üzrə mütəxəssisi Bəhruz Əhmədli, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Ceyran Başarandır.
Tamaşada xalq artistləri Əli Nur, Kazım Abdullayev, əməkdar artistlər Füzuli Hüseynov, Rövşən Kərimduxt, Mətanət Atakişiyeva, Kazım Həsənquliyev, aktyorlar Elnur Qədirov, İlahə Həsənova və Tural İbrahimov çıxış edəcəklər.
Akademik Milli Dram Teatrının bədii rəhbəri, dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə və xalq yazıçısı, akademik Kamal Abdulla tamaşanın yaradıcı heyəti ilə görüşüb, yeni işdə kollektivə uğurlar arzu edib.
Qeyd edək ki, ilk dəfə 2006-cı ildə Bakıda oxuculara təqdim olunan “Sehrbazlar dərəsi” romanı oxucuların və ədəbiyyat tənqidçilərinin böyük marağına səbəb olub. Əsər Türkiyədə, Rusiyada, Litvada, Qazaxıstanda, Fransada, Yaponiyada, İranda, ABŞ-da, İtaliyada, Rumıniyada və Almaniyada çap olunub, bu ölkələrdə böyük təqdimat mərasimi keçirilib.
- Belçika darmadağınla 1/4 finalda - Yenilənib - Video
- Məğlubiyyətdən sonra mətbuat konfransında istefa verdi - Video
- Heyvan idxalı ilə bağlı yeni qayda: Ət bahalaşacaq? - Video
- Ronaldo dünya çempionu ola bilmədi - Yenilənib - Video
- Autizmli uşağa liftdə zorakılıq edən şəxs - Saxlanıldı
- 50 yaşlı kişi 14 yaşlı qonşusunu otlağa görə armaturla döydü - Yenilənib
- Qətər təyyarəsi məcburi Bakıya eniş etdi
- Məhərrəm ayı nə vaxt başa çatır?