Bakı şəhərinin küçə və prospektlərində nəqliyyatın fasiləsizliyinin, yol-piyada hərəkətinin rahatlığının təmin edilməsi və şəhər mobilliyinin dayanıqlığına nail olunması məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən daha bir yeraltı parklanma məntəqəsi istifadəyə verilib.
BUTA.TV AYNA-ya istinadən xəbər verir ki, paytaxtın Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsinin Həsən Əliyev və Fətəli xan Xoyski küçələri ilə kəsişməsində yerləşən parkın yeraltı dayanacığında avtomobillərin parklanması üçün müvafiq infrastruktur qurulub.
Ətrafında bir neçə tibb, təhsil, maliyyə və iaşə obyektlərinin olduğu yeraltı dayanacaq 376 avtomobil yerlikdir. Parklanma məntəqəsinin birinci mərtəbəsində 181, ikinci mərtəbəsində isə 195 yer mövcuddur.
İkimərtəbəli dayanacaq təhlükəsiz kameraları ilə təchiz edilib, giriş-çıxışlarda nömrətanıma sistemi tətbiq olunur.
Parklanmanın düzgün idarəedilməsi küçələrin daha effektiv, rahat və təhlükəsiz olmasına, həmçinin bütün növ nəqliyyat vasitəsi sahiblərinə şəhərin ərazisindən effektiv istifadə etməyə imkan yaradır.
- Belçika darmadağınla 1/4 finalda - Yenilənib - Video
- Məğlubiyyətdən sonra mətbuat konfransında istefa verdi - Video
- Heyvan idxalı ilə bağlı yeni qayda: Ət bahalaşacaq? - Video
- Ronaldo dünya çempionu ola bilmədi - Yenilənib - Video
- Autizmli uşağa liftdə zorakılıq edən şəxs - Saxlanıldı
- 50 yaşlı kişi 14 yaşlı qonşusunu otlağa görə armaturla döydü - Yenilənib
- Qətər təyyarəsi məcburi Bakıya eniş etdi
- Məhərrəm ayı nə vaxt başa çatır?