Sentyabrın 26-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və digər ailə üzvlərinin, eləcə də IDEA könüllülərin iştirakı ilə çimərlik mövsümünün bitməsi ilə əlaqədar sahilyanı təmizlik aksiyası keçirilib.
BUTA.TV xəbər verir ki, COP29 çərçivəsində keçirilən aksiya Bilgəhdə ictimai çimərlik ərazisində təşkil edilib. İməcilik zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçılarının topladıqları 2 tona yaxın tullantı “Təmiz Şəhər” ASC-nin Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil verilib.
“Sahillər təmiz qalsın!” şüarı altında keçirilən aksiyanın əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və insanları dənizətrafı mühitin mühafizəsi uğrunda səylərə cəlb etməkdir.
Qeyd edək ki, Xəzər dənizinin və Qafqaz regionunun digər su hövzələrinin unikal biomüxtəlifliyinin mühafizəsi məqsədilə IDEA çirkləndirilmiş sahilyanı ərazilərin təmizlənməsinə və bərpasına yönəlmiş müntəzəm tədbirlər təşkil edir.
IDEA İctimai Birliyi hamını bir daha planetimizin qarşılaşdığı çoxsaylı problemlərin həlli, indiki və gələcək nəsillərin rifahı naminə birləşməyə və hərəkətə keçməyə, təbiətin bizə bəxş etdiyi nemətlərə həssas yanaşmağa çağırır.
- Əhmədzadə ilə Mehdiyev işində əlaqə... - Millət vəkili
- Mehdiyevin ən yaxın adamı danışdı: Özümə borc bilirəm
- Erməni jurnalist Mehdiyevi belə müdafiə etdi - Foto
- Azərbaycan bu ölkəyə ordu göndərir? – “Politiko”
- Mehdiyev işi: İnsanları şoka salan məlumatlar olacaq
- Rusların az sayda tankı qalıb, yenidən silahlanır
- Saakaşvilidən İlham Əliyevlə bağlı diqqətçəkən paylaşım...
- Diaspor rəhbərimiz Rusiya vətəndaşlığından məhrum edildi