Müharibədə Rusiyanın itkiləri nə qədər ciddi olsa da, Ukrayna Rusiyanın arxa cəbhəsinə sistemli hücumlar etmədən qalib gələ bilməyəcək.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ ordusunun istefada olan polkovniki Conatan Svit və hərbi-siyasi şərhçi Mark Totun “Hill” nəşrində dərc olunan birgə məqaləsində deyilir.
“Rusiya artıq 600 mindən çox əsgərini (ölü və yaralı) itirməsinə baxmayaraq, Vladimir Putin müharibəni dayandırmağa dair heç bir əlamət göstərmir. Sentyabr ayında o, "Ukrayna ətçəkən maşınına" atılması üçün Rusiya ordusuna daha 180 min əsgərin cəlb edilməsi ilə bağlı fərman imzaladı”, - deyə bildirilib.
Məqalədə vurğulanır ki, Ukrayna ordusu Rusiya qüvvələrini döyüş meydanına çatmazdan əvvəl məhv etməsə, Rusiya hərbi maşınını ballistik və digər raketlərlə pozmasa, müharibədə qalib gəlməyi mümkünsüzdür.
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir