Tanınmış futbol insayderi Fabritsio Romano “Qarabağ”ın UEFA Avropa Liqasının əsas mərhələsində İngiltərədə “Tottenhem”lə ilk tur oyunundan öncə üzləşdiyi tıxac problemi ilə bağlı paylaşım edib.
BUTA.TV Unikal.az-a istinadən xəbər verir ki, italiyalı jurnalist Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun matçdan sonra keçirilmiş mətbuat konfransında həmin hadisə barədə səsləndirdiyi fikirləri öz Feysbuk səhifəsində paylaşıb.
İki saat yarımdan çox tıxacda qaldıqlarını bildirən Qurbanov bunun komandaya mənfi təsir göstərdiyini vurğulayıb:
“Bunu bəhanə gətirə bilmərəm. Amma belə olmamalı idi. Bizi müşayiət edən polis yox idi. Bu, futbolçularımızın çıxışına böyük təsir göstərdi. Buna baxmayaraq, rəqibimizin gücünü də qeyd etmək lazımdır. Etiraf edirik ki, “Tottenhem” yaxşı komandadır. Ancaq stadiona çatan kimi bizə dedilər ki, 40 dəqiqə sonra oynamalıyıq. Kifayət qədər hazır deyildik. Belə şeylər baş verməməlidir”.
Xatırladaq ki, Londondakı tıxaca görə Ağdam klubunu "Tottenhem Hotspur" stadionuna aparan avtobus gecikib. Bu səbəbdən Bakı vaxtı ilə saat 23:00-da başlamalı olan görüş UEFA nümayəndələrinin qərari ilə 35 dəqiqə gec start götürüb. Qarşılaşma “Qarabağ”ın 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
- ABŞ Ədliyyə Nazirliyi buna görə iranlılara iş açdı
- Devalvasiya ilə bağlı suala nazirdən maraqlı cavab
- Bu deputatlara xidməti maşınlar veriləcək
- İcra başçısının oğlu dövlət qurumuna qarşı: Nə baş verib?
- Məşhur xalq artisti illər sonra: tanınmaz halda - Foto
- Sumqayıt və Lənkəranda güzəştli mənzillər satılacaq
- Kral mərasimə dəvət olunmadı, İspaniya nota verdi
- Bakıda güclü yanğın zamanı Xəzər TV-yə ziyan dəyib?