Azərbaycan millisinin sabiq futbolçusu Aslan Kərimov qəzaya düşüb.
BUTA.TV xəbər verir ki, veteran futbolçunun idarə etdiyi "Pajero" markalı avtomobil 9-cu mikrorayon ərazisində işıqforda "Nissan" markalı maşınla toqquşub.
Hadisə zamanı xəsarət alan olmasa da, "Nissan" markalı avtomobilə ciddi ziyan dəyib.
Qeyd edək ki, Aslan Kərimov karyerası ərzində "Neftçi", "Dinamo" (Bakı), "Azəri", "Qarabağ", "Kəpəz", "ANS Pivani", "Şəmkir" və "Sumqayıt", həmçinin Rusiyanın "Baltika Kalininqrad" klublarında çıxış edib. O, Azərbaycan millisində 80 oyun keçirib və 1 qol vurub.
- Onlar İlham Əliyevdən öyrənməyə çalışırlar... - Markov
- Moskvadakı Azərbaycan diasporu buraxılacaq
- AB-nin sanksiya qoyduğu azərbaycanlı kimdir?
- AB-dən Azərbaycan şirkətinə qarşı sanksiya
- Netanyahunun masasındakı gizli plan: İranı 4 yerə bölür
- Bakı və İrəvan arasında sülh sazişi... - Tramp
- Ağdamdakı tarixi məsciddən - Video
- İlham Əliyev İraq prezidentinə başsağlığı verdi