Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) xüsusi təyinatlı bölmələri ilə “Gecə şəraitində düşmən obyektinə qəfil basqın” mövzusunda taktiki-xüsusi təlim keçirilib.
Müdafiə Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, plana əsasən, icra olunacaq fəaliyyətlər xəritə üzərində dəqiqləşdirilib.
Xüsusi təyinatlılar məhdudgörmə şəraitində şərti düşmənin dərinliyinə sızaraq pusqu, basqın və müxtəlif təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.
Vaxt normativinə uyğun təyin olunan yüksəklik xüsusi təyinatlılar tərəfindən ələ keçirilib, dairəvi mühafizə və müdafiənin təşkili ilə növbəti hakim yüksəkliyin tutulması üçün mobil qruplar fəaliyyətini davam etdirib.
Təlim zamanı təminat-təxliyə qrupları tərəfindən yaralıların təxliyəsi və sursat təminatının çatdırılması da praktiki məşq etdirilib.
Azərbaycan Ordusunun son dövrlərdə apardığı uğurlu döyüş əməliyyatlarında qazanılan təcrübənin tətbiq edildiyi taktiki-xüsusi təlimdə verilən tapşırıqlar yüksək peşəkarlıq və səriştə ilə yerinə yetirilərək qarşıya qoyulmuş məqsədlərə tam nail olunub.
- Heyvan idxalı ilə bağlı yeni qayda: Ət bahalaşacaq? - Video
- Ronaldo dünya çempionu ola bilmədi - Yenilənib
- Autizmli uşağa liftdə zorakılıq edən şəxs - Saxlanıldı
- 50 yaşlı kişi 14 yaşlı qonşusunu otlağa görə armaturla döydü - Yenilənib
- Qətər təyyarəsi məcburi Bakıya eniş etdi
- Məhərrəm ayı nə vaxt başa çatır?
- Dənizdə ata və 3 uşağı batdı - Özü ilə qızı xilas olundu
- Həmin gün diplomlarını almışdılar - Fatimədən sonra Nani də öldü