Müvəqqəti işğal olunmuş ərazilərdə ukraynalı uşaqların hərbiləşdirilməsi ilə bağlı 11 iş araşdırılır.
BUTA.TV xəbər verir ki, bu fikirləri Ukrayna Baş prokuroru Andrey Kostin deyib.
Baş prokurorun sözlərinə görə, işğal olunmuş ərazilərdə ruslar ukraynalı uşaqlara ideoloji təlqin həyata keçirir, xüsusən də onları hərbiləşdirilmiş təşkilatlara cəlb edir.
“Uşaqlara Rusiya pasportları verilir və onların məlumatları dəyişdirilir. Azyaşlılar Rusiya təbliğatı ruhunda “yenidən tərbiyə alırlar”, “Yunarmiya” və digər hərbiləşdirilmiş təşkilatlara cəlb olunurlar. Təkcə, Krımda 900-ə yaxın belə bölmə yaradılıb və ora 29 mindən çox uşaq cəlb edilib”, - deyə Kostin bildirib.
- Portuqaliya İspaniyaya qarşı - Yenilənir
- Autizmli uşağa liftdə zorakılıq edən şəxs - Saxlanıldı
- 50 yaşlı kişi 14 yaşlı qonşusunu otlağa görə armaturla döydü - Yenilənib
- Qətər təyyarəsi məcburi Bakıya eniş etdi
- Məhərrəm ayı nə vaxt başa çatır?
- Dənizdə ata və 3 uşağı batdı - Özü ilə qızı xilas olundu
- Həmin gün diplomlarını almışdılar - Fatimədən sonra Nani də öldü
- Sabah Bakının bu ərazisində qaz olmayacaq