İsrailin Beyruta ən güclü zərbələrini 27 sentyabrda endirməsi barədə bəzi erməni politoloqlar məntiqsiz və qeyri-normal “iddialar” səsləndirməyə başlayıblar.
BUTA.TV xəbər verir ki, bu barədə erməni politoloq Karen Ovannisyan yazıb.
Ovannisyan Azərbaycanın da 2020-ci il 27 sentyabrda əks-hücum əməliyyatına başladığına işarə edərək, bildirib:
“İsrailin sentyabrdakı hücumu, xüsusən də sentyabrın 27-dən bəri Livana daha güclü və intensiv hücumları təsadüfdürmü? Azərbaycanla sıx hərbi əməkdaşlıq edən İsrailin sentyabrda başlayan hərbi əməliyyatlardan gözləntiləri nədir, o, regiona hara aparmağa çalışır?
Bu sualların əlbəttə ki, şərhi var, buna ancaq dörd il əvvəl başlayan müharibənin arxasında duranlar birmənalı cavab verə bilər. Nəyin bahasına olursa-olsun müharibəni bölgəmizə köçürməyə çalışırlar.
Mən şəxsən İranın heç olmasa indi, indiki mərhələdə birbaşa müharibəyə cəlb olunmasını istəmirəm”.
- Ermənilər Sədərəkdə bunu etmək istəyir - Yeni Zəngəzur planı
- Mehdiyev niyə “91-lər”ə qoşulmayıb? - Əli Nağıyev danışdı
- Azərbaycan nümayəndə heyəti İrəvanda - Foto
- Əliyevin Ermənistan qərarı: Qarşıda hələ uzun yol var
- Surət Hüseynov, Əli İnsanov, Əkrəm Əylisli… - Sırada Mehdiyevdir?
- 1992-nin qışını xatırlayın: çörəyimiz yox idi... - Akopyan
- Zəngəzur dəhlizi və BTQ bir-birini tamamlayacaq - Boyraz
- “Nar” “Çoox Şanslı” lotereyasının ilk qaliblərini elan etdi