Gələn ay - oktyabrın 1-dən Azərbaycan Respublikasının 18 yaşı tamam olmuş vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar. Çağırışçılarla bağlı cəmiyyətdə müzakirə olunan mövzulardan biri də onların boy və çəki indeksinə görə həqiqi hərbi xidmətdən hansı hallarda azad edilməsi barədədir.
BUTA.TV xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Modern.az-a bildirilib ki, qidalanma çatışmazlığı olan vətəndaşlar stasionar müayinə və (və ya) müalicə olunmalıdırlar:
"Qidalanma çatışmazlığı olan vətəndaşların bədən çəkisi 45 kq-dan az olduqda, onlar hərbi xidmətə çağırılarkən 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər. Əgər 6 aydan sonra bu vətəndaşlarda bədən çəkisini aşağı salan xəstəliklər aşkar edilmirsə, bədən kütləsi indeksinin mənfi dinamikası yoxdursa (hər ay keçirilən tibbi baxışların nəticələrinə görə) və fiziki iş qabiliyyəti saxlanmışdırsa (funksional yük sınaqlarının nəticələrinə görə), boyu 148 sm-dən 160 sm-dək (daxil olmaqla) olanlarda bədən çəkisi 45 kq və daha çox olan və boyu 161 sm-dən yuxarı olanlarda isə bədən kütləsi 17,5 və yuxarı olduqda şəhadətləndirilmə "d” bəndi üzrə keçirilir, boyu 148 sm-dən 160 sm-dək (daxil olmaqla) olan vətəndaşlarda bədən çəkisi 45 kq-dan az və boyu 161 sm-dən yuxarı olanlarda bədən kütləsi indeksi 17,5-dən aşağı olduqda şəhadətləndirilmə bu maddənin "c” bəndi üzrə keçirilir. Qidalanma çatışmazlığına səbəb olan xəstəliklər aşkar olunduqda, vətəndaşlar "Xəstəliklər cədvəli”nin müvafiq maddələri üzrə şəhadətləndirilirlər”.
Verilən məlumata görə, qidalanmanın vəziyyətini qiymətləndirmək üçün aşağıdakı düsturla təyin edilən bədən kütləsi indeksindən (BKİ) istifadə olunur:
"Bədən çəkisi (kq)
BKİ= -----------------------------
Boy ölçüsünün (m) kvadratı
Bədən çəkisinin indeksi (BÇİ) 18–25 yaşlı şəxslər üçün normada - 19,5–22,9; zəif qidalanmada - 19,4 və aşağı; yüksək qidalanmada - 23,0–27,4; I dərəcəli piylənmədə - 27,5–29,9; II dərəcəli piylənmədə - 30,0–34,9; III dərəcəli piylənmədə - 35,0 və daha çox.
Bədən kütləsi indeksi 26–45 yaşlı şəxslər üçün normada - 20,0–25,9; zəif qidalanmada - 19,9 və aşağı; yüksək qidalanmada - 26,0–27,9; I dərəcəli piylənmədə - 28,0–30,9; II dərəcəli piylənmədə - 31,0–35,9; III dərəcəli piylənmədə - 36,0 və daha çox ilə yanaşı ağırlaşmalar (qlükozaya qarşı tolerantlığın pozulması, dislipidemiya, hipertoniya, bel çevrəsi kişilərdə 94 sm, qadınlarda 80 sm) olduqda.
Bildirilib ki, 18 yaşa çatmamış şəxslərin şəhadətləndirilmə zamanı qidalanma vəziyyətini qiymətləndirmək üçün Azərbaycan Respublikasında qəbul edilmiş uşaqların və yeniyetmələrin fiziki inkişaf standartlarından istifadə olunur.
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir