Prinsip etibarı ilə İran tərəfi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin əleyhinə deyil, lakin o, bu müqavilədə Zəngəzur dəhlizinin olmasını istəmir.
BUTA.TV xəbər verir ki, bu sözləri iranşünas Qarik Misakyan erməni mediasına açıqlamasında deyib.
“Bu razılaşma Ermənistan və İranın geosiyasi maraqlarına xələl gətirməməlidir. Zəngəzur dəhlizi, eləcə də Türkiyənin Ermənistan-Azərbaycan münasibətlərində mümkün vasitəçiyə çevrilməsi İranı narahat edir”, - o bildirib.
O iddia edib ki, İran tərəfinin Zəngəzur dəhlizi ilə bağlı mövqeyi qətiyyən dəyişməyib, bunu İranın Rusiya tərəfinə reaksiyaları da sübut edir:
“Rusiya Təhlükəsizlik Şurasının katibi Şoyqunun İrana səfəri olub və burada digər məsələlərlə yanaşı, dəhliz də müzakirə olunub. İran mətbuatının məlumatına görə, Rusiya tərəfi İranın dəhlizlər məntiqi ilə bağlı siyasətini dəstəkləyir və ona hörmət edir. Yəni burada Zəngəzur dəhlizi ilə bağlı heç bir mövqe dəyişməyib”.
Qarik Misakyanın sözlərinə görə, hazırda İran ətrafında vəziyyət gərginləşib (Yaxın Şərqdə İranın proksi qüvvələrinin ciddi zərbələr alması, xüsusilə Hizbullah liderinin ölümü nəzərdə tutulur – red.) və İranın indiki mərhələdə diqqətini bu regiondan yayındırması mümkündür.
- Qapılar açılmadı... - Fotolar
- MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili
- İş adamının mülklərinə qadağa qoyuldu - Siyahı
- AB "Yelo Bank"a qarşı sanksiyanı ləğv etdi
- Cəbrayılda mina partladı - Xəsarət alan var+Yenilənib
- “Qarabağ” qolsuz bərabərliklə razılaşır - Video-Yenilənib
- Bu universitetə magistr qəbulu ləğv edildi
- Cəlilabadda park salırdılar, qədim dövrə aid əşyalar tapdılar - Foto