Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Aynur Poluxova inzibati məsuliyyətə cəlb edilib.
BUTA.TV Qaynarinfo.az-a istinadən xəbər verir ki, Dövlət Əmək Müfəttişliyi Xidməti Aynur Poluxovanı İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə cərimələyib.
Bu maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır.
Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslərin 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
Aynur Poluxova dövlət qurumunun qərarından məhkəməyə şikayət verib. Onun şikayətinə Yasamal Rayon Məhkəməsində baxılacaq. Oktyabrın 7-nə iş üzrə məhkəmə baxış iclası keçirilib. İclas hakim Mirsadiq Seyidovun sədrliyi ilə keçiriləcək.
Aynur Poluxova Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru vəzifəsinə 2023-cü ildə təyinat edilib. Buna qədər o direktorun müavini vəzifəsində işləyib.
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir