Sentyabrın 30-da Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində Özbəkistan, Tacikistan, Qazaxıstan, Gürcüstan, Macarıstan rəssamlar ittifaqlarının təmsilçiləri və Ankara Rəsm və Heykəl Muzeyinin direktorundan ibarət heyətlə görüş keçirilib.
BUTA.TV xəbər verir ki, qonaqlar 28 sentyabr – 1 oktyabr tarixlərində Bakıda keçirilən növbəti "Xəzər" Biennalesi çərçivəsində ölkəmizə səfər ediblər.
Qonaqları salamlayan mədəniyyət naziri Adil Kərimli “Xəzər” Biennalesi platformasının əhəmiyyətini qeyd edib. Bildirib ki, ənənəvi layihə çərçivəsində Xəzəryanı və digər ölkələrdən rəssamlar, kuratorlar və ekspertlərin bir araya gəlməsi diqqətəlayiq hadisədir. Biennale ölkələrimiz arasında təsviri sənət sahəsində əlaqələrin genişlənməsinə öz töhfəsini verir, təcrübə mübadiləsinə münbit şərait yaradır.
Çıxış edən qonaqlar da biennalenin mədəni mübadilənin dərinləşməsində rolunu vurğulayıb, ortaq sərgilərin keçirilməsinin faydalı olacağını bildiriblər.
Görüşdə “Xəzər” Biennalesinin əhatə dairəsinin ildən-ilə genişlənməsindən məmnunluq ifadə olunub.
- Bu qazların emissiyalarının azaldılması ilə bağlı qərar
- Naxçıvanın baş naziri vəzifəsindən azad edildi
- Ərazi bütövlüyümüz belə bərpa olunmalıdır - Paşinyan
- Mehdiyev işində mühüm detal: Yeni şübhəlilər var...
- Azərbaycan, Türkiyə və Gürcüstan araşdırma qrupu yaratdı
- Prezident Fuad Nəcəflini vəzifəsindən azad etdi
- Bəzi məmurlar göstərişləri yerinə yetirmək əvəzinə, ciblərini güdür
- Prezidentdən yeni başçılara: Sizdən tələbim budur, əks təqdirdə...