Finlandiya Prezidenti Aleksandr Stubb bu ilin noyabrında Bakıda keçiriləcək COP29 iqlim konfransında iştirak etmək üçün Azərbaycana səfər edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Report-a açıqlamasında Finlandiyanın Azərbaycan və Cənubi Qafqazın digər ölkələrindəki səfiri Kirsti Narinen bildirib.
“Prezidentimizin COP29-da iştirakı göstərir ki, iqlim problemləri, o cümlədən iqlim dəyişikliyinin təsirləri, təsirlərin yumşaldılması və uyğunlaşma Finlandiya üçün böyük əhəmiyyət kəsb edir. Biz həmçinin konfransa bir qrup ekspert və biznes nümayəndə heyətini göndərəcəyik. Bizim Aİ çərçivəsində keçirilən tədbirlərdə iştirakla bağlı böyük ənənəmiz var və bu cür konfranslarda konkret nəticələr əldə etməyə çalışırıq. Tədbirə öz töhfəmizi vermək istəyirik və uğur qazana biləcəyimizə əminik”, - o deyib.
- İmamoğlunun casusluq işində İsa Qəmbərin adı çıxdı
- Zəngəzur dəhlizi ilə bağlı sürpriz gəlişmə...
- Bakı ilə davamlı sülhün olması üçün... - Xandanyan
- Azərbaycanda iş adamına 200 min dollar dələduzluq edildi
- Adnan Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı
- Tramp Azərbaycandan danışdı: Buna son qoydum...
- Qəzza zolağı və Bakı-İrəvan münaqişəsi... - Lukaşenko
- Tehranın yox, Bakının verdiyi dəhlizi seçdik - Papoyan