Rusiyanın ən varlı sahibkarlarının ümumi sərvəti bu ilin doqquz ayında 30,2 milyard dollar artıb. Ən çox qazanan isə reytinqdə altıncı yeri tutan “Yevroxim” və SUEK-in keçmiş benefisiarı Andrey Melniçenko olub: onun sərvəti 6,22 milyard dollar artaraq 25 milyard dollara çatıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
Məlumata görə, ilk üçlüyün tərkibi ötən ayla müqayisədə dəyişməsə də, ikinci və üçüncü yerlərin sahibləri yerlərini dəyişiblər. Ən zəngin sahibkar “Nornikel”in əsas sahiblərindən biri olaraq qalır, onun sərvəti ilin əvvəlindən 1,57 milyard dollar artaraq 32,6 milyard dollara çatıb. Hazırda ikinci yeri NLMK-nın benefisiarı Vladimir Lisin tutub, onun sərvəti 4,27 milyard artaraq 28,2 milyard dollar olub. “Lukoyl”un həmsahibi Vahid Ələkbərov isə ikinci yerdən üçüncü yerə düşüb. Onun sərvəti 2,83 milyard dollar artaraq 27,5 milyarda çatıb.
“Severstal”ın əsas benefisiarı Aleksey Mordaşov dördüncü yeri tutub, onun sərvəti ilin əvvəlindən 5 milyard dollar artaraq 25,9 milyard dollara çatıb. Beşinci yerdə kapitalı 2,27 milyard dollar azalaraq 25,2 milyard dollara düşən “Novatek”in ortaq sahibi Leonid Mixelson qərarlaşıb.
- Milyarderlər siyahısına Ələkbərov başçılıq edir
- Uşaqlıqda çoban olmuşam, məktəbə gedə bilmədim...
- Fransada siyasi rəqiblərə qarşı repressiya başladı
- Pezeşkianın Azərbaycana səfərinin vaxtı məlum oldu
- Çoban İsfəndiyar, əlaltı alimlər və anormal reaksiya
- Paşinyan ordunu silahlandırır, atəşkəsi pozur – Nə istəyir?
- İrəvandan azərbaycanlılara təbrik mesajı göndərən türkiyəli bloqerə cinayət işi açıldı
- Türkiyədə səs yazısı: Azərbaycanlıları kənddən çıxarmaq üçün…