20 yaşlı arvadını və 8 aylıq körpəsini amansızlıqla öldürməkdə ittiham olunan Fərid Hüseynlinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
“BUTA.TV”nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Nurəddin Hüseynlinin sədrlik etdiyi məhkəmə heyəti təqsirləndirilən şəxsə heç bir endirim etmədən, ömürlük məhkum edilməsinə hökm edib.
F.Hüseynli qalan ömrünü həbsxanada keçirəcək.
Qeyd edək ki, dəhşətli cinayət hadisəsi ötən ilin iyununda Abşeron rayonunun Qobu qəsəbəsində qeydə alınıb.
Rüşvət, qanunsuz məscid, şişən ayaqlar - İcra başçısının işdən çıxarılmasının SENSASİON SƏBƏBLƏRİ
İttihama görə, 30 yaşlı Fərid Hüseynli yaşadıqları evdə əvvəlcə 20 yaşlı arvadı Leylanı, sonra isə 8 aylıq körpəsi Aylanı bıçaqlayaraq öldürüb. O, özünü də öldürmək istəyib, amma həyatını xilas etmək mümkün olub.
Leyla Bakı Dövlət Universitetinin üçüncü kurs tələbəsi olub. O, biologiya müəllimliyi ixtisası üzrə təhsil alırdı.
Bu işin məhkəmə istintaqı qapalı keçirildiyi üçün cinayətin səbəbləri bilinmir.
Sail Ağasəlim



- Prezidentlər Araz çayı üzərindəki körpüdən danışdılar
- Rüşvət, qanunsuz məscid, şişən ayaqlar - İcra başçısının işdən çıxarılmasının SENSASİON SƏBƏBLƏRİ
- “Burada müdafiəlik nə var ki?” - AYNA sədrinin müavini 20 min manat maaşdan danışdı
- Hacı Nuranın yenidən səhhətində problem yarandı
- Xankəndidə hazırda nə qədər erməni yaşayır?
- İnanılmaz: Ərəb nazir İrana zərbə endirilməsini istədi...
- İrəvandan TRİPP açıqlaması: Gizli plan var, müharibə səbəbi...
- Prezident Süleyman Mikayılovu buna görə işdən azad edib