Naxçıvanda dələduzluq edən şəxs saxlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, daxil olan müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə işə düzəltmək adı ilə bir neçə şəxsin külli miqdarda pul vəsaitini mənimsəyən Babək rayon sakini Məmmədbağır Babayev müəyyən olunaraq saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
"M.Babayevin əməllərindən zərərçəkmiş digər şəxslər varsa, bu barədə "102" zəng mərkəzinə və ya Naxçıvan MR Daxili İşlər Nazirliyinin (036) 545-08-03 və (036) 545-28-96 telefon nömrələrinə məlumat vermələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.
- Azərbaycan vətəndaşı Türkiyədə faciəvi şəkildə öldü - Foto
- Zaqatalada qətl: həmkəndlisini öldürdü
- Bakıda “Mersedes”lə BYD toqquşdu – Anbaan video
- Prezidentin iş kabinetində təkcə bu heykəl var - Foto
- 8 gün əvvəl 3 yaşlı oğlu öldü, bu gün özü...
- İlham Əliyev Qurbanova "Dostluq" ordenini təqdim etdi
- Tirana ilə Bakı arasında birbaşa aviareysin açılması gözlənilir
- Aylardır maaş üzünə həsrət qalıblar - Video