FETÖ terror təşkilatının lideri Fətullah Gülən uzun zamandan sonra görüntülənib.
“BUTA.TV” xəbər verir ki, Anadolu Agentliyi onun 1999-cu ildən bəri yaşadığı Pensilvaniya ştatındakı yeni evindən çıxarkən dronlar vasitəsilə çəkilmiş görüntülərini yayıb. Qara rəngli “Mercedes”in ön sərnişin oturacağında əyləşən Gülən kameralara tuş gəlib.
İki lüks avtomobil naməlum istiqamətə doğru hərəkət edərək onu ərazidən uzaqlaşdırıb.
Qeyd edək ki, meşədə yerləşən və təxminən 887 min - 1 milyon dollar dəyərindəki malikanə ətrafına və girişinə yerləşdirilən təhlükəsizlik kameraları ilə mühafizə olunur.
Həyətində 4 lüks avtomobil, qar motosikleti və karavan kimi nəqliyyat vasitələri də var.






- Sabah Bakının bu rayonunda qaz olmayacaq
- Azərbaycanın notasından sonra - Gürcüstan XİN-dən açıqlama
- Uşaqlar üçün internetdə yeni dövr başlayır
- Dənizdə batan qardaşlardan biri Azərbaycan çempionu imiş
- Poverbankla bağlı xəbərdarlıq: Bu hallarda təhlükəlidir - Video
- “Qarabağ” Bakıya məğlub qayıdır - Video-Yenilənib
- Ceyhun Bayramovla Zelenski bir arada - Video
- Azərbaycanda ali təhsilli insanların sayı açıqlandı