Gələn ildən ölkədə minum əmək haqqı artırılacaq. Dövlət başçısı da VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bununla bağlı göstəriş verildiyini bildirib.
Son günlər ən çox müzakirə olunan məsələ maaş və sosial müavinətlərdəki artımın konkret nə qədər olacağı ilə bağlıdır. Hazırda insanlar arasında bu barədə müxtəlif fikir və ehtimallar var. Mövzu ilə bağlı BUTA.TV-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, növbəti il üçün maaş və sosial müavinətlərin artımı dəqiqdir:
“Azərbaycanda minimum əməkhaqqı və təqaüdlərin artırılması ilə bağlı artıq prezident də göstəriş verib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bununla bağlı fəaliyyət planını hazırlayıb və noyabr ayında təqdim edəcək. Çox güman ki, 2025-ci ilin büdcəsi qəbul edilərkən, artıq bu məsələlərin də nəzərə alındığı yeni büdcənin formalaşmasını görəcəyik”.
Ekspert qeyd edib ki, müavinət və maaşların artımı təqribən 8-10 faiz civarında olacaq:
“Maliyyə Nazirliyinin 2025-ci il üçün elan etdiyi ümumi büdcə parametrləri var idi. Həmin o rəqəmlərə baxanda görürük ki, sosial xərclərdə müəyyən artım var. Bu isə o deməkdir ki, maaş, təqaüd və minimum əməkhaqqının artımı da nəzərə alınıb. Amma rəqəmlərin həcminə baxanda, çox güman ki, bu sahələrdə artım təqribən 10 faiz civarında olacaq. Yəni bundan daha yüksək artımın olması ehtimalı kifayət qədər aşağıdır. Ancaq 8-10 faiz civarında maaş və təqaüdlərin artımı mümkündür”.
- Şahin Şıxlinski ilə bağlı şok qərar
- “10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
- Şəhid övladları üçün “Zəfər” Amerika Yay Düşərgəsi keçirilir
- Bankdan 200 minlə çıxan şəxsin pulu ələ keçirildi - Anbaan video
- Tofiq Mirzəyev İsraildə dəfn edilib - Fotolar
- 21 yaşlı gənc suvarma hovuzunda boğuldu
- Bu imtahana giriş üçün 40 manat ödəyəcəksiniz
- Mopedlərlə əlaqədar bəzi dövlət rüsumları təsdiqləndi