Baş DYP İdarəsinin Hacıqabul rayonu Nəvahi qəsəbəsində yerləşən stasionar postunun müvəqqəti saxlanma duracağından yük maşınını qaçıran sürücü həbs edilib.
“BUTA.TV” xəbər verir ki, hadisə oktyabrın 22-si baş verib.
Yol polisi 1997-ci il təvəllüdlü Ağcabədi sakini S.İmanovun sürdüyü “Hovo” markalı yük avtomobilini saxlayıb. Avtomobilin üzərində 5 min manatdan çox ödənilməmiş cərimənin olması, daşıdığı yükün normadan artıq olması məlum olub. Bundan sonra yük maşını duracağa yerləşdirilib.
Lakin sürücü 1 gün sonra yaxınlaşaraq icazəsiz olaraq yük maşınını oradan sürərək uzaqlaşıb. O, həmçinin yükün təxminən 2 tonunu yol kənarındakı restoranın həyətinə boşaldıb. Bundan xəbər tutan yol polisləri onu saxlamağa çalışıb. S.İmanov yolunu dəyişərək Sabirabad istiqamətinə hərəkət edib, ancaq Sabirabaddakı postda onu saxlamaq mümkün olub.
Saxlanılan şəxs barəsində inzibati protokol tərtib edilib və Hacıqabul Rayon Məhkəməsinin qərarı ilə ona 15 sutka həbs cəzası verilib.
- Ermənistana buğda və daş kömür göndərildi
- İTV əməkdaşlarının çəkiliş aparmasına mane oldular - Polis araşdırır - Video
- Xocavənddə traktor minaya düşdü
- "Hunday" işıq dirəyinə çırpıldı: ölən var
- “Vaşinqton razılaşmasında Trampın rolu kifayət qədər böyükdür”
- Əkin sahəsindən qadın meyiti tapıldı
- Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto
- “Sevgilisinin maaşı 160 minə qaldırılıb, vəzifəsi yüksəldilib” - Şok iddia