Bakıda fəaliyyət göstərən "Hodin Tour" turizm şirkətinin sahibi 1979-cu il təvəllüdlü Musa İsmayılov həbs edilib.
"Buta Tv"nin məlumatına görə, M.İsmayılov barəsində İraq vətəndaşının şikayəti əsasında Cinayət Məcəlləsinin 178.4-cü (Xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə cinayət işi başlanılıb.
Müəyyən edilib ki, Musa İsmayılov bir neçə il əvvəl Bakıda qonaq olan İraq vətəndaşı Mohammedlə tanış olub. Onlar birgə iş qurmaq qərarına gəliblər və Musa ona iritutumlu avtobus alaraq birgə turizm işinə baş vurmağı təkif edib. Bu adla o, əcnəbi vətəndaşdan 318 000 ABŞ dolları, yəni 520 200 manat məbləğində pulu hissə-hissə alıb. Lakin daha sonra Musa işin alınmadığını bildirib və İraq vətəndaşının pullarını geri qaytarmayıb.Cinayət işinin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub. Məhkəmənin hökmü ilə Musa İsmayılov 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.Qeyd edək ki, həbs edilən iş adamının daha əvvəl də başqa dələduzluq əməlləri törətməsi məlum olub.
- Prezidentlər Araz çayı üzərindəki körpüdən danışdılar
- Rüşvət, qanunsuz məscid, şişən ayaqlar - İcra başçısının işdən çıxarılmasının SENSASİON SƏBƏBLƏRİ
- “Burada müdafiəlik nə var ki?” - AYNA sədrinin müavini 20 min manat maaşdan danışdı
- Hacı Nuranın yenidən səhhətində problem yarandı
- Xankəndidə hazırda nə qədər erməni yaşayır?
- İnanılmaz: Ərəb nazir İrana zərbə endirilməsini istədi...
- İrəvandan TRİPP açıqlaması: Gizli plan var, müharibə səbəbi...
- Prezident Süleyman Mikayılovu buna görə işdən azad edib