Qərbi azərbaycanlıların doğma yurdlarında qalan zəngin maddi-mədəni irsi, 300-dən çox məscid, saraylar, qala və karvansaralar, 500-ə yaxın qəbristanlıq yerlə-yeksan edilib.
BUTA.TV xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının (QAİ) Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı ABŞ-nin Dinlərarası Qonşuluq Şəbəkəsinin həmtəsisçisi, Qlobal Məsələlər İnstitutunun prezidenti və Texasdakı “Northwood” kilsəsinin baş pastoru Bob Roberts və Qlobal Məsələlər İnstitutunun vitse-prezidenti Ceyms Çenlə icmada keçirilən görüşdə deyib.
Tədbirdə qonaqlara Qərbi Azərbaycan həqiqətləri barədə məlumat verilib, soydaşlarımızın ötən əsr boyunca öz ata-baba yurdlarından mərhələlərlə deportasiya edilmələri barədə danışılıb.
Deputat Kamal Cəfərov qonaqlara məscid və məzarlıqların dağıdılmasının dini baxımdan da heç bir ölçüyə sığmadığını, bu əməllərə Ermənistan tərəfindən son verilməli olduğunu deyib.
İcmanın şöbə müdiri Ülviyyə Zülfiqar dünyanın bütün ölkələri, o cümlədən ABŞ-də da qərbi azərbaycanlıların haqq işinin dəstəklənməsinin mühüm əhəmiyyət kəsb etdiyini, beynəlxalq hüququn norma və prinsiplərindən olan qayıdış hüququnun həyata keçirilməsi istiqamətində əməkdaşlıq edilməli olduğunu vurğulayıb.
Pastor Bob Roberts bildirib ki, Qərbi Azərbaycanla bağlı daha əvvəl qərb mediasından eşitmiş olsa da indi məsələnin əsl mahiyyəti ilə bağlı daha təfsilatlı və doğru məlumata malik olub. O, Azərbaycandakı tolerantlıq səviyyəsinin yüksək olduğunu bildirərək, sülh və barışıq naminə bu modelin hər iki ölkədə olmalı olduğuna diqqət çəkib.
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
- Ərazimizi bərpa edib, Quterreşi Bakıya gətirdik…
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!