Müğənni Xatirə İslam Tiktok sosial şəbəkəsində Bakı şəhərində müşahidə olunan pis qoxudan şikayətlənib.
BUTA.TV Musavat.com-a istinadən xəbər verir ki, müğənni bununla bağlı paylaşdığı videoda noyabrda Bakıda keçiriləcək COP29 tədbirində yarışmaların olacağını deyib: "Şəhərdən olduqca pis iy gəlir. Bunun neft, yoxsa qaz iyi olduğunu bilmirəm, bircə onu bilirəm ki, maşının içində oturmaq mümkün deyil. Əvvəllər belə şeylər olmazdı. COP tədbiri də yaxınlaşır, buna görə şəhərimizə nə qədər qonaq gələcək, çəkilişlər, yarışmalar olacaq. Sizcə, bu iy nədən olar?"
Müğənninin bu sözləri sosial şəbəkə izləyiciləri tərəfindən gülüşlə qarşılanıb, "hələ də bilmir ki, COP29 yarışma tədbiri deyil", deyə şərhlər yazılıb.
- 15 “seyv” edib DÇ tarixinə düşdü
- Məktəbi 8 gün əvvəl bitirmişdi - Meyiti tapıldı
- Almaniya möhtəşəm geridönüşlə pley-off-da - Video-Yenilənib
- Azərbaycanda siqaret istehsalı kəskin artdı
- Qurban Qurbanov təsdiqlədi - Onlar gedə bilər
- İsveç fərqi azaltdı - Yenilənir
- Netanyahu Livanla bağlı əmr verdi
- Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir