“Sabit məzənnə hazırki makroiqtisadi sabitlik üçün yeganə rejimdir”. Bu sözləri Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
İqtisadçı-ekspert Əkrəm Həsənov Referans.az-a açıqlamasında bu haqda danışıb. “Məzənnə ilə bağlı ümumən iki rejim ol bilər: inzibati yolla və ya üzən məzənnə rejimi. Yəni konkret bankların xarici valyutaya tələb və təklifi formasında formalaşan sərbəst məzənnə təbii ki, banklara da tələb və təklifi artıq vətəndaşlar və sahibkarlar da icra edəcək”. Ekspert qeyd edib ki, Azərbaycanda məzənnə rejimi müəyyən dəyişikliklərə məruz qalıb:
“2015-ci ilə qədər inzibati yolla müəyyən olunan məzənnə rejimi devalvasiyadan sonra dəyişdi. Həmin dövrdə də üzən məzənnənin tətbiq olunacağı ilə bağlı söhbətlər oldu və Mərkəzi Bank bunu tətbiq edəcəyini də bəyan etdi. Amma 2017-ci ilin fevral ayından yenə tam şəkildə inzibati yolla müəyyən edilmə qaydasına keçdi. Həmin dövrdən Azərbaycanda dolların məzənnəsi sabitdir. Üzən məzənnə rejimi birdən birə keçid mümkün deyil. Amma hər bir halda planlaşdırılırsa, hesab edirəm ki, belə də olmalıdır. Yəni məzənnəni bazar təyin etməlidir. Nəticədə sahibkarlar və insanlar da məzənnənin sabit olmamasına öyrəşməlidir. Belə olan halda öz planlarını da buna uyğun quracaqlar”.
Əkrəm Həsənov Azərbaycanda məzənnə rejimində dəyişikliyin yaxın bir neçə il ərzində baş verəcəyinə inanmadığını da vurğulayıb.
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir