Bakı-Sumqayıt istiqamətində hərəkət edən sərnişin qatarı 50 dəqiqədən çox yubanmadan sonra mənzil başına yola düşüb.
BUTA.TV xəbər verir ki, bu barədə Report-a sərnişinlər məlumat veriblər.
Onların bildirdiyinə görə, 17:25-də Bakıdan yola çıxan qatar Xırdalan stansiyasında təxminən 50 dəqiqə dayanıb. Sərnişinlər gecikmənin səbəbi kimi elektrik təchizatında yaranan nasazlığı göstəriblər. Bu problem dəmir yolu infrastrukturunun köhnəlməsi ilə əlaqədar yaranıb.
Bakı-Sumqayıt qatarının daimi sərnişinlərinin sözlərinə görə, payız-qış mövsümündə bu marşrut üzrə hərəkət edən qatarlarda belə yubanmalar tez-tez baş verir və bu, ilk dəfə müşahidə olunan hal deyil.
- Mehdiyevin xaricə uzanan ƏLİ: ORDU-ya milyardlar gedir...
- Korrupsiyanı anladıq; bəs, vətənə xəyanət nədir?
- Ramiz Mehdiyevin Rusiyadan aldığı medallar
- PA rəhbəri Mehdiyevi deputat MM-də darmadağın edir - Video
- Ramiz Mehdiyev dövlət çevrilişini kimlərlə etmək istəyirmiş?
- Xəritə yayıldı: bu ərazilər Azərbaycan və Türkiyəyə verilir - Qeqamyan
- Məşhur general işdən azad edildi
- Moskva Bakı ilə bağlı bu mübarizəyə başladı