Xəbər verdiyimiz kimi, Beynəlxalq Cinayət Məhkəməsinin hakimləri dünən İsrail Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın Qəzzadakı müharibə zamanı törətdiyi hərbi cinayətlər və insanlığa qarşı cinayətlər ittihamı ilə həbsinə order veriblər.
BUTA.TV xəbər verir ki, “Tayms of İsrail” bu qərardan sonra nələrin ola biləcəyini diqqətə çatdırıb.
“BCM-in 124 üzv dövləti, məhkəmənin təsis nizamnaməsinə əsasən, məhkəmənin həbsinə order verdiyi istənilən şəxsi öz ərazilərinə daxil olduğu halda həbs edib, təhvil verməyə borcludur.
BƏM-ə AB-nin bütün ölkələri, Böyük Britaniya, Kanada, Yaponiya, Braziliya və Avstraliya daxildir. Yaxın Şərq regionunda Fələstin və İordaniya BƏM üzvləridir. Amma İsrail və ABŞ Roma Statutuna qoşulmayıb.
Fransa, Kanada və Niderland kimi İsrailin müttəfiqləri də daxil olmaqla, üzv dövlətlərin bir sıra liderləri orderlərə hörmət edəcəklərini və beləliklə, Netanyahu və Qallant bu ölkələrə səfər edərsə, həbsləri həyata keçirəcəklərini bildiriblər”, - nəşr qeyd edib.
- İran və Rusiyanın təzyiqi və Əliyev cavabı!
- Nəsiminin vəziyyəti qənaətbəxşdir, Ceyhun isə...
- Dubaydakı dəbdəbəli toyun sahibi deputatın qardaşı imiş - Video
- “İcra başçısı təmiz işləyibsə, bir ay ərzində necə oldu ki, rüşvət sistemi qurdu?”
- Mehdiyevin kürəkəni iki azyaşlı qızı oğurlayıb?
- Bastrıkinin Kamran Əliyevə təəccüblü məktubu yayıldı - Foto
- Azərbaycan sayəsində 100 milyon dollar qənaət edəcəyik
- Çin Maduronun oğurlanmasından çox narahatdır