Türkiyə və Rusiya xarici işlər nazirləri Hakan Fidanla Sergey Lavrov arasında telefon danışığından bir gün sonra bu iki ölkənin liderləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin telefon əlaqəsi saxlayıblar.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Onun fikrincə, Ankara ilə Moskva arasında telefon diplomatiyası beynəlxalq münasibətlərdə artan gərginliklə bağlıdır:
“Türkiyə NATO ölkəsidir. Buna görə də Ankara əmin olmaq istəyir ki, Kreml Ukraynaya raketlər ötürən Qərb ölkələrini hədələyərkən, “dostu düşməndən ayıracaq”. Ankaranın Moskva ilə təmasları həm də xarici siyasətin şaxələndirilməsi ilə bağlıdır. Rəcəb Tayyib Ərdoğan Ağ Evin gələcək sahibi Donald Trampdan ABŞ qoşunlarını Suriyadan çəkməsini və PKK-ya bağlı güclərə dəstəkdən imtina etməsini istəyir. Tramp birinci prezidentliyi dövründə Ərdoğanın bu istəklərini yerinə yetirəcəyini vəd etmişdi, ancaq Ağ Ev sahibinin ətrafı buna imkan vermədi. Ərdoğan Trampın illər əvvəl verdiyi vədi bu dəfə yerinə yetirəcəyinə ümid etmək istəyir. Ancaq Trampın andiçmə mərasiminə PKK-nın Suriya qanadının rəhbərliyinin dəvət edilməsi barədə xəbərin yayılması Vaşinqtonun Ankaraya xoş olmayan mesajıdır. Belə olan halda Ankara alternativləri hərəkətə gətirməyə qərar verib. Bu alternativlərdən biri də Ankaranın Moskva ilə telefon diplomatiyasını genişləndirməsidir”.
- Ermənilər öz həyatlarını Ermənistanda tapmalıdır
- Antiterror əməliyyatı hamıya dərs oldu - Prezident
- Qurbanovun Elxan Məmmədovu oğlunun toyuna çağırması müzakirə yaratdı
- Prezident onu təltif etdi
- Bu taktikanı qəbul etsək, sülhə nail ola bilməyəcəyik...
- Ukraynalılar cəsarətlə döyüşür, Rusiya uduzur - Kelloq
- Fərid Qayıbov yola salınır: Yerinə o gələcək...
- Xankəndidə təxribat törədən erməni bir il öncə nə demişdi? - VİDEO