Ukraynanın Arktikaya misli görünməmiş hücumu: Qərb narahatdır

09:15 - 11 Sentyabr 2026 - GÜNDƏM

 Ukraynanın Arktikaya misli görünməmiş hücumu: Qərb narahatdır

Ukraynanın Rusiyanın Arktikadakı qaz obyektlərinə misli görünməmiş hücumları Rusiya enerji sektorunun yeni zəifliyini və bunun dünya qaz bazarı üçün yarada biləcəyi potensial nəticələri nümayiş etdirib.

BUTA.TV xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.

Agentlik qeyd edir ki, Ukrayna dronları 3200 kilometrdən çox məsafə qət edərək sentyabrın 9-da qaz kondensatı kimi tanınan yüngül karbohidrogeni neft məhsullarına emal edən iki zavoda zərbə endirib. Müəssisələr Şimal Qütb dairəsinin cənubunda, Rusiyanın təbii qazının təxminən 80 faizinin hasil edildiyi Yamalo bölgəsində yerləşir.

Hücumlar hələ də Yamal yarımadasından böyük həcmdə mayeləşdirilmiş təbii qaz (LNG) alan Avropada narahatlıq yaradıb. İranla müharibə fonunda artıq bahalaşan etalon qaz qiymətləri üç ildən çox müddətdə ilk dəfə olaraq meqavat-saat üçün 80 avronu keçib.

Dron hücumunda ən azı bir obyektə zərbə endirmək üçün istifadə olunan FP-1 dronlarının istehsalçısı olan Ukraynanın müdafiə texnologiyaları şirkəti Fire Point bildirib ki, bu hücum “dronla həyata keçirilən zərbənin məsafəsi üzrə yeni rekord” müəyyən edib.

Hücumları həyata keçirən Ukrayna Xüsusi Əməliyyat Qüvvələri isə aparatların Rusiyanın “bu günə qədər tamamilə təhlükəsiz arxa cəbhə hesab etdiyi” əraziyə çatdığını bildiriblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol