Əgər Rusiyanın hazırkı hərbi və iqtisadi itkiləri davam edərsə, 2028-ci ilə qədər Ukraynada müharibə aparmaq potensialını tükəndirəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi, general-leytenant Oleq İvaşenko "Tayms" qəzetinə verdiyi müsahibədə deyib.
"Rusiyanın gələn il üçün hərbi və iqtisadi resursları var, lakin biz onların 2028-ci ilə qədər tükənəcəyini təxmin edirik.
Rusiya gündə təxminən 1000, bəzən isə 1200 nəfər cəlb edir. Amma itkilərə baxın. Dünən 1410, srağagün 1551. Bunlardan 835-i, təxminən 60 faizi döyüşdə həlak olub", - deyə o bildirib.
146 zərbə ilə öldürülən Arzunun anası Türkiyəyə getdi - Kürəkəninə ağır cəza tələb etdi
İvaşenkonun sözlərinə görə, ölüm hallarının nisbəti (60%) həftə ərzində təxminən eyni qalıb.
Ukrayna rəsmisi əlavə edib ki, silahlı münaqişələr tarixində əvvəllər heç vaxt ölənlərin yaralılara nisbəti bu qədər yüksək olmayıb.
İvaşenko bu hesablamaların Qərb kəşfiyyat orqanları tərəfindən təsdiqləndiyini qeyd edib.
- Putin Hindistana getdi
- Ukrayna OZON-un daha bir anbarını vurdu - Video
- Küçədə infarkt keçirən şəxsi həyata belə qaytardı - Video
- Rusiya Kiyevi PUA-larla vurdu: 8 yaralı
- Azərbaycanda bu yol çökdü - Video
- Qazaxıstan Xəzərdə təlimlərə başladı
- Ukraynanın Arktikaya misli görünməmiş hücumu: Qərb narahatdır
- 2028-ci ilə qədər Rusiyanın bütün resursu tükənəcək - Kəşfiyyat