Bütün türklər çantalarını yığmalı və ölkəni tərk etməlidir.
BUTA.TV xəbər verir ki, bunu Uqanda Baş Qərargah rəisi Muhuzi Kayneruqaba özünün X səhifəsində yazıb.
“18 sentyabrda Türkiyə səfirliyinin qarşısında böyük bir nümayiş keçiririk. Nümayişdən məsul qurumlar yaxşı iş görməlidirlər. Əmrlərim çox aydındır və onlara qarşı çıxan bütün türk agentlərini həbs edəcəyik.
Türklər Uqandanı ən qısa müddətdə tərk etməlidirlər. Mən artıq Uqandadakı türklərlə bütün əlaqələri kəsmişəm. Onlar çantalarını yığıb ölkəmizi ən qısa müddətdə tərk etməlidirlər”, - o bildirib.
146 zərbə ilə öldürülən Arzunun anası Türkiyəyə getdi - Kürəkəninə ağır cəza tələb etdi
Qeyd edək ki, Kayneruqaba İsrailə “xüsusi sevgisi” ilə seçilir. Bir müddət əvvəl o, Türkiyədən “1 milyard dollar və ölkənin ən gözəl qadınını” tələb etmişdi. Lakin qısa müddət sonra paylaşımını silmiş və Türkiyəyə sevgisini izhar etmişdi.
- Putin-Modi görüşündə Ukrayna müzakirə oluna bilər
- Putin və Szinpin görüşəcəklər
- Məcnun Məmmədov özünə daha bir müşavir təyin etdi - Foto
- Vensə xəbərdarlıq edildi: ABŞ-ın bu raketləri tükənir
- Putinin ardınca Pezeşkian da Hindistana getdi
- Litva bu halda Rusiya nüvə silahının hədəfi olacaq
- Dünyanı dəyişən dəhşətli hadisədən 25 il ötür - Fotolar
- Türklər dərhal ölkəmizi tərk etməlidirlər - General