Quba-Xınalıq yolu çökdü - Video

07:31 - 11 Sentyabr 2026 - GÜNDƏM

 Quba-Xınalıq yolu çökdü - Video

Quba–Xınalıq yolunun 35-ci kilometrliyində yol çöküb.

BUTA.TV” xəbər verir ki, son günlər yağan yağışlardan sonra yolun hərəkət hissəsi sürətlə dərəyə doğru uçur.

Yeddi yaşayış məntəqəsinin sakinlərinin istifadə etdiyi bu yol eyni zamanda bölgənin əsas turizm marşrutlarından biridir.

“Gedib-gəlmək çətindir. Bu yoldan hər gün istifadə edənlər var. Sürüşmələr çox olduğu üçün yollar pis gündədir”, – deyə sakinlərdən biri qeyd edib.

AAYDA-dan məsələ ilə bağlı bildirilib ki, Quba–Xınalıq avtomobil yolunda torpaq sürüşməsi nəticəsində yaranan fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır:

“Hadisənin baş verdiyi hissədə nəqliyyat vasitələrinin hərəkəti üçün yolun digər zolağı təhlükəsizlik təmin edilməklə açıq saxlanılıb”.

Daha ətraflı İTV-nin süjetində:


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol