Ukrayna ABŞ üçün müharibə modeli hazırladı - Gilmor

08:30 - 11 Sentyabr 2026 - GÜNDƏM

 Ukrayna ABŞ üçün müharibə modeli hazırladı - Gilmor

Tammiqyaslı müharibə illərində Ukrayna ABŞ üçün "yol xəritəsi"nə çevrilə biləcək bir müharibə modeli hazırlayıb.

BUTA.TV xəbər verir ki, bunu ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı keçmiş səfiri və Virciniyanın keçmiş qubernatoru Ceyms Gilmor deyib.

Onun sözlərinə görə, milli təhlükəsizlik analitikləri Texas böyüklüyündə olan Ukraynanın ABŞ-dan təxminən iki dəfə böyük olan Rusiya Federasiyasına qarşı necə mübarizə apardığına heyran qalıblar.

"Zərurət innovasiyanı doğurur. Ukrayna yeni təhdidləri müəyyən etməklə, müdafiə ekosistemini inkişaf etdirməklə, kütləvi istehsal qurmaqla və nəticələrini cəbhə xəttində tətbiq etməklə uyğunlaşıb. Ukrayna Rusiyanın müttəfiqi olan Çinə güvənməkdənsə, yerli dron istehsalına və inkişafına üstünlük verib", - deyə Gilmor bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol