Putinin ardınca Pezeşkian da Hindistana getdi

11:27 - 11 Sentyabr 2026 - GÜNDƏM

 Putinin ardınca Pezeşkian da Hindistana getdi

İran Prezidenti Məsud Pezeşkian 18-ci BRİKS Zirvə Görüşündə iştirak etmək üçün Hindistanın paytaxtı Yeni Dehliyə yola düşüb.

Acar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

“BRİKS-in məqsədi birtərəfliliyə qarşı çıxmaqdır. Hazırkı sammitin şüarı da bu yanaşma ilə səsləşir. Ümid edirik ki, günbəgün bu məqsədə daha da yaxınlaşacağıq. İqtisadi məsələlər kifayət qədər mürəkkəbdir və dünyada birtərəfliliyin və totalitarizmin azaldılması üçün yeni yanaşmalara ehtiyac var”, - İran prezidenti vurğulayıb.

Qeyd edək ki, Rusiya lideri Vladimir Putin də artıq Hindistana səfər edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol