Ukrayna savaşında dönüş nöqtəsi nə zaman olacaq?

08:00 - 11 Sentyabr 2026 - GÜNDƏM

 Ukrayna savaşında dönüş nöqtəsi nə zaman olacaq?

Müharibədə dönüş nöqtəsindən danışmaq hələ tezdir, çünki bunun baş verməsi üçün Ukrayna Müdafiə Qüvvələrinin piyada qoşunları müdafiədən hücuma keçməli və torpaqları azad etməlidir.

BUTA.TV xəbər verir ki, bunu Ukrayna Milli Qvardiyasının komandanı Aleksandr Pivnenko deyib.

"Klassik mənada müharibədə dönüş nöqtəsi, məsələn, Donetskə daxil olduğumuz zaman baş verəcək", - deyə Pivnenko bildirib.

O, həmçinin Rusiya hərbi infrastrukturunun daha dərindən və geniş şəkildə məhv edilməsinin və neft-enerji sektorlarında Rusiyanın inkişafının yavaşlamasının vacib olduğunu qeyd edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol