Yevlaxda qız qaçıran evli şəxs avtomobilin baqajında ölü tapılıb.
“BUTA.TV” “Report”a istinadən xəbər verir ki, bir müddət əvvəl 1988-ci il təvəllüdlü A.Quliyev sevgi münasibətində olduğu 1996-cı il təvəllüdlü N.Ş-yi (ad - soyad şərtidir) qaçırıb.
Ötən gün qızın qardaşları bacılarının arxasınca Abşeron rayonu Qobu qəsəbəsinə gəliblər. Onlar burada A.Quliyevi döyərək xəsarətlər yetirib, daha sonra əl-ayağını iplə bağlayaraq avtomobilin baqajında Yevlax şəhərinə gətiriblər.
Yevlaxda A.Quliyevi avtomobilin baqajından düşürən zaman onun öldüyü məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, hadisəni törədənlər saxlanılıblar.
- Azərbaycanda yumurta 1 qəpiyədək - Ucuzlaşdı
- 6 ay əvvəl də qəzaya düşmüşdü - Bu dəfə həyatını itirdi...
- Kiberməkanda təhlükə böyüyür - DİN-dən mühüm çağırış
- Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı
- Deputatlar Malayziyaya səfər edəcəklər
- Hansı qrupların ballarında artım ola bilər? - VİDEO
- Pensiya alanlara şad xəbər
- Türkiyədə iki bələdiyyə başçısı saxlanıldı