Türkiyənin qabaqcıl elektron döyüş sistemləri Əsəd rejiminin Suriyadakı hərbi kommunikasiya infrastrukturunu tamamilə sıradan çıxarıb.
BUTA.TV xəbər verir ki, bu barədə Fransa hərbi kəşfiyyatının yaydığı hesabatda bildirilib.
“Bu əməliyyatlar həmçinin Suriya rejiminin sıx şəkildə istifadə etdiyi Rusiyanın “Arakis” və “Azart” radio sistemlərini zərərsizləşdirərək Türkiyəyə döyüş meydanında strateji üstünlük və regional güc dinamikasını dəyişdirmə potensialı qazandırıb”, - məlumatda qeyd edilib.
Hesabata görə, bu uğurun açarı ASELSAN tərəfindən hazırlanmış sistemlərdir. Bu sistemlər Türkiyəyə elektron müharibə əməliyyatlarında əhəmiyyətli üstünlüklər verir.
Hesabatda vurğulanıb ki, Türkiyə Ukraynada ələ keçirilən Rusiya sistemlərinin təhlili vasitəsilə elektron müharibə imkanlarını genişləndirib. Bu inkişaflar Türkiyəyə öz elektron müharibə texnologiyalarını daha da inkişaf etdirməyə şərait yaradıb.
Bundan əlavə, hesabatda Türkiyənin regional hərbi tarazlığı yenidən formalaşdırmaq potensialı ilə elektron müharibədə artan liderliyi vurğulanır. Türkiyənin müdafiə texnologiyasındakı yenilikçi addımları təkcə Suriyaya təsir etmir, həm də daha geniş bölgəyə strateji təsir göstərmək gücündədir.
- Prezident Olivye Le Peşi qəbul etdi
- İlham Əliyev Pakistanın energetika nazirini qəbul etdi
- Şuşa Realnı Məktəbinin binasının fəaliyyətə başlayacağı tarix...
- İTV-nin jurnalisti bu rəqsinə görə işdən çıxarılıb? - Video
- Prezidentdən “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət
- İlham Əliyev türkiyəli naziri qəbul etdi
- Ukrayna Rusiyanı daxildən vurdu və sübut etdi ki... - Ekspert
- İlham Əliyev Bakı Ekspo Mərkəzində...