Hadisənin mümkün səbəbləri arasında hava hücumundan müdafiə (HHM) sistemlərinin fəaliyyəti və ya raket hücumu ola bilər.
BUTA.TV xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” Azərbaycanın AZAL aviaşirkətinə məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması ilə bağlı qeyd edib.
Bildirilib ki, təyyarə son həftələrdə Rusiya HHM qüvvələrinin Ukrayna pilotsuz uçuş aparatları ilə mübarizə apardığı bölgənin üzərindən uçub.
Bəzi aviasiya ekspertləri Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin qəza yerindən yaydığı və “Storyful” tərəfindən təsdiqlənən görüntülərdə təyyarənin quyruq hissəsindəki perforasiyanın raket hücumu və ya HHM sistemlərinin fəaliyyəti nəticəsində yaranmış zədələnməyə oxşadığını bildirib.
“Osprey Flight Solutions” aviasiya təhlükəsizliyi üzrə ixtisaslaşmış şirkətin kəşfiyyat direktoru Mett Bori hadisəni belə qiymətləndirib:
“Qalıqların görüntüləri və Rusiyanın cənub-qərbində hava məkanının təhlükəsizliyi ilə bağlı vəziyyət təyyarənin zenit atəşi ilə vurulmuş ola biləcəyinə işarə edir”.
O, əlavə edib ki, qalıqlarda müşahidə olunan zədələr quşlarla toqquşma izlərinə uyğun gəlmir, bu ehtimalın təsdiqlənməsi üçün tənzimləyici orqanlardan əlavə məlumat tələb olunur.
Rusiya hakimiyyəti dronlara qarşı adətən Pantsir-S1 zenit-raket sistemindən (NATO təsnifatına görə SA-22) istifadə edir. Pantsir-S1 sisteminin fəaliyyət radiusu təyyarəni kruiz hündürlüyündə vurmağa imkan verir.
- Prezidentdən Füzuli ilə bağlı paylaşım - Video
- Gəncədə törədilən növbəti terrordan beş il ötür
- Putin və Şara nələri müzakirə edib? - Kremldən açıqlama
- Zakir Qaralovun şirkətləri qara siyahıya salındı
- Mehdiyevin çevriliş cəhdində İmişli detalı - İlginc
- Mehdiyev dedi ki, Bakıda bir tualetim də yoxdur - Video
- Putin Düşənbədə Əliyevə Ramiz Mehdiyev haqda nələr deyib?
- Ramiz Mehdiyevin dövlət çevrilişi planını Rusiya ifşa edib - Şok