Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Respublikasının Azərbaycandakı səfiri Cahid Bağcını diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
BUTA.TV xəbər verir ki, səfir bu barədə X hesabında bildirib.
“Cənab Prezident İlham Əliyevin xarici siyasət məsələləri üzrə köməkçisi cənab Hikmət Hacıyevlə vidalaşdıq. Diplomatik fəaliyyət müddətim boyunca ən çox təmasda olduğum Hikmət bəylə işğaldan azad edilən azad Qarabağın hər bir guşəsində birlikdə olduq. Dörd il boyunca uzun görüşlərimiz və məsləhətləşmələrimiz oldu. Daim səmimi və açıq yanaşma, yaxın əməkdaşlıq və çalışmalarımıza vermiş olduğu dəyərli töhfələr üçün təşəkkür edirəm”, - səfir qeyd edib.
- Səbinə Əliyevadan bu cavabı gözləyirəm - Moskalkova
- Abu-Dabidə sülh olacaqmı? - Paşinyana qarşı 3 qüvvə birləşdi
- Rəsmi Bakıdan İran səfirinə cavab
- Rubionun Bakı və İrəvanla bağlı son bəyanatı... - Bryus
- Kremlin Maska dəstəyi Trampı özündən çıxartdı
- Rus deputatdan Bakıya mühüm mesaj: Səbirsizliklə gözləyirik!
- İlham Əliyevlə Paşinyan sabah görüşəcək
- Putin yalan danışır, əslində isə... - Tramp