Yanvarın 23-24-də Kanakidə (Yeni Kaledoniya) Fransa müstəmləkəsi olan əraziləri özündə birləşdirən Beynəlxalq Dekolonizasiya Cəbhəsinin ilk konqresi keçirilib.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, konqresdə Yeni Kaledoniya, Fransız Polineziyası, Martinik, Qvadelup, Fransız Qvianası və Korsikanın müstəqilliyi uğrunda mübarizə aparan parlamentarilər, siyasi partiyalarının liderləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, ictimai hərəkatların başçıları və digərləri iştirak edib.
Bakı Təşəbbüs Qrupunun nümayəndələrinə Konqresdə iştirak üçün viza verilməməsi səbəbindən təşkilat sözügedən konqresin işinə onlayn qatılıb. Bu xüsusda, BTQ-in rəhbəri Abbas Abbasov konqresdə video-formatda çıxış edib.
O, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin Kanak xalqına qarşı törədilmiş cinayətləri açıq şəkildə pislədiyini və müstəmləkə altında olan regionlara dəstəyini ifadə etdiyini xatırladıb.
Kanak xalqı minnətdarlıq əlaməti olaraq Azərbaycan bayrağını yenidən paytaxt Numea şəhərində ucaldıb.
Xatırladaq ki, Beynəlxalq Dekolonizasiya Cəbhəsi 2024-cü ilin iyulunda Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Bakıda Fransanın son koloniyalarının nümayəndələri tərəfindən yaradılıb.
- 28 dəqiqədə milyonlar qazandılar - Fotolar
- Yasamalın bəzi ərazilərində işıq olmayacaq
- Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür
- Emin: "Sea Brezze"də Devis Kuboku oyunları keçiriləcək
- “Dost Almaniya xalqına...” - İlham Əliyevin xatirə kitabına yazdıqları
- Sabah bu ərazilərdə qaz kəsiləcək
- Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi - Foto
- “Sabah”dan doğma meydanda qələbə - Video-Yenilənib