Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı təhqiqat prosesi ölkəmizin aidiyyəti strukturları tərəfindən davam etdirilir. Hesab edirik ki, yaxın vaxtlarda tərəfdaş dövlətlərlə birlikdə məsələ ilə əlaqədar ictimaiyyətə də geniş məlumat veriləcək.
BUTA.TV xəbər verir ki, bu sözləri Teleqraf.com-a Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
“Cənab prezident tərəfindən bu məsələ ilə əlaqədar keçirilən müşavirədə də qeyd edilmişdi ki, mütəmadi əsasda ölkə ictimaiyyətinin təyyarə qəzasının nəticələri haqqında məlumatların verilməsi təmin olunacaq”, - deyə qeyd edib.
Qəza ilə bağlı Azərbaycanın Rusiyadan gözləntilərinə gəlincə, Hikmət Hacıyev vurğulayıb ki, bu məsələ Rusiya tərəfi ilə aidiyyəti və diplomatik kanallar vasitəsilə müzakirə olunmaqdadır.
- Qardaş ölkə İstanbulda sülh sazişi imzalayacaqmı?
- Türkiyə 125 ölkə ilə 350 müqavilə imzaladı - Azərbaycan da var
- Günay Ağamalıdan qurultaydakı qalmaqalla bağlı bəyanat
- Paşinyan Azərbaycanla sərhəddə
- Yevgeni Belousov Bakıdan Moskvaya uçdu
- Mehdiyevin Heydərovla bağlı şok əməli üzə çıxdı
- Bu, Zəfərin mühüm strateji mərhələsi idi
- Prezidentdən Qubadlı ilə bağlı paylaşım - Video