AŞPA-nın qış sessiyası çərçivəsində Lüksemburq Böyük Hersoqluğunun Baş naziri Lyuk Friden çıxış edib.
BUTA.TV xəbər verir ki, baş nazir çıxışından sonra avropalı parlamentarilərin suallarını cavablandırıb.
Norveçli parlamentari İ.Şi Şu Lüksemburqun Baş nazirinə provokativ sualla müraciət edərək, Nazirlər Komitəsinin sədri qismində Lüksemburqun Azərbaycanı dialoqa təşviq üçün nə etdiyini soruşub.
Baş nazir Lyuk Friden ölkəsinin önəm verdiyi dəyərləri xatırladaraq bildirib ki, bir neçə ay əvvəl Azərbaycan Prezidenti ilə görüşüb. Elə həmin gün o, Ermənistanın baş naziri ilə də görüşdüyünü bildirib. Qeyd edib ki, bu iki ölkənin sülh şəraitində yanaşı yaşaması, eləcə də ölkələrin daxilində əhalinin dinc yanaşı yaşaması Avropa Şurasındakı bütün prinsiplərə uyğun olaraq, tam hörmətlə həyata keçirilməlidir.
Azərbaycanın müstəqillik əldə etdikdən sonra Avropa Şurası ilə birgə əməkdaşlıq şəraitində bir sıra islahatlar həyata keçirdiyini xatırladan Lyuk Friden bundan sonra da Azərbaycanı bu yolda təşviq edəcəklərini bildirib.
“Lüksemburqun Baş naziri kimi mən də hesab edirəm ki, Avropa Şurasının əsas üstünlüklərindən biri müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın nümayəndələri ilə dialoq qurmaq və fikir mübadiləsi aparmaq üçün imkanlar yaratmasıdır. Ona görə də mən hesab edirəm ki, Nazirlər Komitəsi, eləcə də Parlament Assambleyası bu dialoq kanallarını açıq saxlamağa çalışmalı və müvafiq məsələləri onlarla müzakirə etməlidir. Biz, digər ölkələr kimi, Azərbaycanın hakimiyyət orqanları ilə dialoqun tərəfdarıyıq və onları Avropa Şurasının təsis sənədlərində əks olunan bütün prinsiplərə hörmətlə yanaşmağa təşviq etməyə tam sadiqik”, - L.Friden vurğulayıb.
- Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Foto
- Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiyadan keçdi
- İrəvan niyə Minsk qrupunu saxlamaqda israr edir? - Bayramov
- Bayramov Çavuşoğlunun atasının vəfatına görə Türkiyədə - Foto
- ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi
- İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya girəcək!
- Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi
- AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?