Bazar ertəsi kriptovalyutanın dəyəri düşüb. Bitkoin üçhəftəlik minimuma çatıb, efir isə sentyabrın əvvəlindən ən aşağı səviyyəyə düşüb. Qlobal ticarət müharibəsinin kabusu sərmayəçiləri riskli aktivlərdən imtinaya məcbur edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.
Bildirilir ki, dünyada ən böyük və ən məşhur kriptovalyuta olan bitkoin bazar ertəsi səhər Asiyada 94.476.18 ABŞ dollarına kimi düşüb. Bu isə üçhəftəlik minimum olan 91,441.89 ABŞ dolları səviyyəsinə kimi enməyə yaxındır. Ondan aşağı pillədə olan efirin dəyəri isə 24 faiz düşüb. Bu kriptovalyuta sonuncu dəfə sentyabr ayının əvvəlində düşmüşdü.
Qeyd edək ki, həftəsonu ABŞ Prezidenti Donald Tramp Meksika və Kanadaya qarşı 25, Çinə qarşı isə 10 faizlik rüsum tətbiq edib.
ABŞ-ın ən böyük ticarət tərəfdaşları olan Kanada və Meksika təcili cavab tədbirləri görəcəklərinə söz vermişdilər. Çin isə Dünya Ticarət Təşkilatında Trampın rüsum qərarını mübahisələndirəcəyini bəyan etmişdi.
Kriptovalyuta bazarı həftənin sonları da daxil olmaqla, hər gün fəaliyyət göstərir və son zamanlar baş verənlərə həssas reaksiya verir. Sərmayəçilər rüsumların iqtisadi artıma və şirkətlərin gəlirinə mənfi təsir edəcəyindən, hətta inflyasiyaya uğrayacağından narahatdırlar.
- Azərbaycanda ən populyar internet brauzeri...
- Anar Bayramovdan yeni - Təyinat
- Azər Məmmədov Qobustanda vətəndaşları qəbul etdi
- Anar Bayramovdan yeni - Təyinat
- Anar Əliyev Ronald Praysla görüşdü
- Bakıda daha iki yol sahəsində təmir işləri aparılır
- Bu yollarda hərəkət 2 günlük tam məhdudlaşdırılır
- Vilayət Eyvazovdan mühüm qərar...