İmişli Rayon Polis Şöbəsinə rayonun Boşçalılar kənd sakini olan bir qadının naməlum şəxslər tərəfindən oğurlanması barədə məlumat daxil olub.
“BUTA.TV” xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə həmin qadının olduğu “Mercedes” markalı avtomobil Salyan rayonu ərazisində müəyyən edilib. Avtomobil qısa vaxtda saxlanılıb. Əməli törətməkdə şübhəli bilinən Elbrus Cəfərov, Vasif Məmmədov və İlkin Şirinov tutularaq istintaqa təqdim olunublar.
Faktla əlaqədar İmişli RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
***
İlkin araşdırmalar zamanı məlum olub ki, İmişli rayon Boşçalılar kənd sakini olan bir gənc qız evlənmək məqsədilə qaçırılıb.
Hadisəni törədənlər isə Füzuli rayon sakinləridir. Belə ki, bir müddət əvvəl Vasif Məmmədovun ailə üzvləri həmin kəndə qızın ailəsinə elçiliyə gediblər. Lakin onlar mənfi cavab alıblar.
Bundan sonra Vasif Məmmədov digər iki qohumu ilə birgə avtomobillə İmişliyə gedib. Onlar qızı zorla avtomobilə əyləşdirərək Biləsuvar yolu istiqaməti ilə Bakıya doğru hərəkət ediblər.
Polisə məlumat daxil olan kimi dərhal əməliyyat həyata keçirilib və onların olduğu “Mercedes” markalı avtomobil Salyan rayonu ərazisində müəyyən edilərək saxlanılıb. Qız ailəsinə qaytarılıb. Oğlu üçün qız qaçıran ata və digər iki nəfər isə həbs edilib.
Faktla əlaqədar İmişli RPŞ-də Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə iş başlanılıb.
- Ermənistana buğda və daş kömür göndərildi
- İTV əməkdaşlarının çəkiliş aparmasına mane oldular - Polis araşdırır - Video
- Xocavənddə traktor minaya düşdü
- "Hunday" işıq dirəyinə çırpıldı: ölən var
- “Vaşinqton razılaşmasında Trampın rolu kifayət qədər böyükdür”
- Əkin sahəsindən qadın meyiti tapıldı
- Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto
- “Sevgilisinin maaşı 160 minə qaldırılıb, vəzifəsi yüksəldilib” - Şok iddia