Qazaxıstan hökumətinin açıqladığı ilkin hesabatla gerçəklərin üzə çıxdığını deyə bilərik. Yəni burada pilotların hansısa bir qəbahətinin olmadığı, onların cəsur və fədakar şəkildə davrandığı həqiqətini bir daha gördük. Digər tərəfdən, Braziliya şirkəti olan istehsalçı “Embraer”in də iştirak etdiyi ilkin istintaq çərçivəsində təyyarədə hər hansı nasazlığın olmadığı, mühərriklərin sona qədər çalışdığı təsdiqləndi.
Bu sözləri BUTA.TV-a aviasiya məsələləri üzrə türkiyəli mütəxəssis Musa Alıoğlu AZAL-a məxsus təyyarə qəzasının səbəbləri ilə bağlı dərc edilən ilkin hesabatı şərh edərkən deyib.
O, Beynəlxalq Çikaqo Konvensiyasına uyğun olaraq aparılan istintaqın Azərbaycan tərəfini haqlı çıxardığını vurğulayıb:
“Yəni bu təyyarənin xarici hücuma, HHM-lərin zərbəsinə məruz qaldığı gerçəyi bir növ sübut olundu. Hesabatda təyyarənin kənar müdaxilə nəticəsində qəzaya uğradığı faktlarla açıqladı: Qəza hücum nəticəsində meydana gəlib və məhz pilotların səyi ilə daha dəhşətli faciənin qarşısı alınıb, yəni qəzadan sağ çıxanlar olub. Onların cəsarətli səyinin tarixə keçdiyini vurğulamaq mütləqdir. Bu qəza isə dünya mülki aviasiya tarixində çox pis, xoş olmayan iz buraxdı”.
Ekspertin sözlərinə görə, Rusiya tərəfinin bu mövzuda lazımi addımları atmaması, yanlışını etiraf etməməsi, mülki təyyarəni vurmasının məsuliyyətini Ukraynanın üzərinə atmaq cəhdi və s. Çikaqo Konvensiyasına görə də suçdur:
"Burada Rusiya hökuməti həm ölənlərin yaxınlarına, həm təyyarəyə dəymiş ziyana görə Azərbaycan tərəfinə təzminat, kompensasiya ödəməlidir. Çünki hava sahəsini doğru şəkildə idarə edə bilməyən Rusiya hökuməti qəbahətli və günahkardır”.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Qroznıda Rusiya HHM sistemi vasitəsilə vurulub. Enişinə icazə verilmədiyindən Qazaxıstana üz tutan təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Qəza ilə bağlı ilkin hesabat dünən yayılıb.
- 15 yaşlı oğlan özünü öldürdü: Oyunda vaxt qoyublarmış - Şok
- Ağır günlərdə Türkiyənin ətrafında səfərbər olduq
- Rusiyadan AZAL təyyarəsi ilə bağlı yeni biabırçı bəyanat
- Qəza ilə bağlı ilkin hesabat - Kremlin şərhi
- Səbirli olun, Putin Əliyevə söz verib, edəcək! - Arkov
- Riyakar rus təbliğatı bununla özünü ifşa edir
- Qəza ilə bağlı ilkin hesabat üzə çıxartdı ki... – Türk ekspert
- Sevinc Heydərovanın lisenziyası ləğv edildi