İran təhlükəsizlik məmurları Ərdəbil şəhərində adı açıqlanmayan şəxsi “İsraillə əlaqə” ittihamı ilə həbs edib.
BUTA.TV xəbər verir ki, bu barədə Ərdəbil Təhlükəsizlik İdarəsi məlumat yayıb.
“Dəqiq kəşfiyyat müşahidələrindən sonra sionist rejimlə əlaqəsi olan şəxs həbs edilib”, - məlumatda bildirilib.
Qeyd edilib ki, saxlanılan şəxs dinini dəyişib, bunu təbliğ edib və sosial media vasitəsilə İsrailin əməllərini dəstəkləyib.
Ona qarşı “islam müqəddəslərini təhqir və alimləri təhdid etmək” ittihamı irəli sürülüb.
- Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
- İsraildən Britaniya ilə bağlı sərt addım
- Türkiyədə güclü yanğın: kəndlər sürətlə boşaldılır
- Zelenski bu tarixdə Trampla görüşə bilər
- Britaniyadan İsraillə bağlı qadağa
- Balaxanıda obyektdə yanğın olub - Fotolar+Video
- Putin və Tramp arasında telefon danışığı oldu
- “Şəki yaylası”nda faciə - 2 nəfər öldü