Rusiyada azərbaycanlı jurnalist və "Nə? Harada? Nə zaman?" televiziya oyununun iştirakçısı Rövşən Əsgərov barəsində qiyabi həbs qərarı çıxarılıb.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin nasizmin reabilitasiyası və vətən tarixinin saxtalaşdırılması ilə bağlı cinayətlərin araşdırılması şöbəsinin rəhbəri Aleksandr Pastuxov Federasiya Şurasının iclasında bildirib.
Pastuxov qeyd edib ki, R.Əsgərov beynəlxalq axtarışa verilib.
Xatırladaq ki, R.Əsgərov Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi tanınıb və Rosfinmonitorinq tərəfindən terrorçu və ekstremistlər siyahısına daxil edilib.
- Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
- İsraildən Britaniya ilə bağlı sərt addım
- Türkiyədə güclü yanğın: kəndlər sürətlə boşaldılır
- Zelenski bu tarixdə Trampla görüşə bilər
- Britaniyadan İsraillə bağlı qadağa
- Balaxanıda obyektdə yanğın olub - Fotolar+Video
- Putin və Tramp arasında telefon danışığı oldu
- “Şəki yaylası”nda faciə - 2 nəfər öldü